Qarabağ separatçıları parçalanır - “Rəhbər” şəxslər istefa verdi

Qarabağ separatçıları parçalanır - “Rəhbər” şəxslər istefa verdi
  06 İyun 2018    Oxunub:7437
Azərbaycanın Emənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən separatçı rejimin milli təhlükəsizlik xidmətinin direktoru Arşavir Karamyan və onun müavini Qarik Sarkisyan, həmçinin polis xidmətinin rəisi Kamo Ağacanyan tutduqları vəzifədən istefa veriblər.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar istefa ərizələrini separatçı rejimin rəhbəri Bako Saakyana təqdim ediblər.

Bu gün həmçinin, Dağlıq Qarabağdakı qondarma qurumun “baş naziri” Araik Arutyunyan da istefa verib.

Separatçı rejimin “Milli dirçəliş” partiyasının üzvü Tiqran Qriqoryan bəyan edib ki, bütün bu istefalar heç də son günlər Qarabağdakı aksiyalara görə deyil. O, “Facebook”da canlı yayıma çıxaraq Qarabağdakı ermənilərə xəbərdarlıq edib. Bildirib ki, separatçı rejimin xüsusi xidmət orqanları Bako Saakyana qarşı silahlı qiyama hazırlaşır. Odur ki, Qarabağdakı ermənilər baş verəcək silahlı üsyana hazır olmalı və onun qarşısını almaq üçün qəti şəkildə fəaliyyətə keçməlidirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti