Ukraynalı rejissor öz ölümünü videoya çəkib

Ukraynalı rejissor öz ölümünü videoya çəkib
  06 İyun 2018    Oxunub:2139
Ukraynalı rejissor Leonid Kanter öz ölümünü videoya çəkib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bunu Ukrayna polisinin mətbuat katibi Yaroslav Trakalo bildirib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları videoyazını cinayət işinin materiallarına qoşub və ekspertizaya göndəriblər.

“Silah və videoçəkiliş olduğu üçün məhkəmə-tibbi ekspertizasının ilkin nəticəsi onun bu yolla intihar etdiyini təsdiqləyir”, - deyə Trakalo bildirib.

O, həmçinin etik normalara görə, videoyazının ictimaiyyətə təqdim olunmayacağını da deyib.

Qeyd edək ki, Leonid Kanter 1981-ci ildə Kiyevdə anadan olub. Ukraynanın Milli Telekompaniyasında teleaparıcı işləyib. 2003-cü ildə “Lizard-films” kinostudiyasının əsasını qoyub. Studiya qısa müddətdə 50-dən çox qısametrajlı və sənədli film çəkib. Kanterin 2014-2015-ci illərdə Donetsk aeroportu uğrunda gedən döyüşlər və 2016-cı ildə Donbasda həlak olan opera müğənnisi Vasili Slipak barədə çəkdiyi filmləri dünyada məşhurluq qazanıb.

AzVision.az


Teqlər: Ukrayna   Rejissor  





Xəbər lenti