Prezident seçkiləri Pakistan mətbuatında

Prezident seçkiləri Pakistan mətbuatında
  12 Oktyabr 2013    Oxunub:1147
AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri Pakistanın nüfuzlu kütləvi informasiya vasitələrində geniş işıqlanıb.
Pakistanın ən böyük tirajlı urdu dilli “Navai Vakt”, “Janq”, ingilis dilli “Daily Times”, “ The News” qəzetləri, həmçinin “DNA News” və “Lahor Times” informasiya agentlikləri, “Radio Pakistan”, “PTV” televiziya kanalı, “Centreline” və “Diplomatic Star” jurnalları Azərbaycanda keçirilmiş seçkilərin 60 yaxın ölkənin təmsilçiləri, həmçinin ATƏT, Avropa Şurası, AŞPA, Avropa İttifaqı, Türkdilli Ölkələrin Parlament Assambleyası , MDB və digər təşkilatlardan olan 1400-dən çox xarici və 52 min yerli müşahidəçi tərəfindən izləndiyini vurğulayıblar. Qeyd olunub ki, senator Müşahid Hüseynin rəhbərliyi ilə 16 nəfərdən ibarət Pakistan nümayəndə heyəti də prezident seçkilərini izləmək məqsədi ilə Azərbaycana səfər edib.

Həmçinin bildirilmişdir ki, 1000-dən çox seçki məntəqəsində quraşdırılmış veb-kameralar seçkiləri internet vasitəsi ilə canlı müşahidə etməyə imkan vermiş, dünyanın yüzdən çox aparıcı KİV-ləri seçkilərdən reportajlar hazırlanıb.

Məqalələrdə tam şəffaf və demokratik şəkildə keçirilmiş seçkilərdə İlham Əliyevin 84 faizdən çox səslə inamlı qələbə qazandığı qeyd olunub. Pakistan nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyi barədə məlumat verilmiş və bildirilmişdir ki, görüşdə Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyə görə minnətdarlıq hissləri ifadə edilmiş, Kəşmir məsələsində Azərbaycanın Pakistanın yanında olduğu bir daha vurğulanıb.

Dərc edilmiş məqalələrlə aşağıdakı linklərdən tanış olmaq mümkündür:
https://azvision.az/redirect.php?url=http://www.thenews.com.pk/Todays-News-2-207506-Azerbaijan-president-meets-Pak-delegation-after-victory-in-polls
https://azvision.az/redirect.php?url=http://www.dailytimes.com.pk/default.asp?page=2013%5C10%5C11%5Cstory_11-10-2013_pg14_1
https://azvision.az/redirect.php?url=http://e.jang.com.pk/10-11-2013/pindi/pic.asp?picname=53.gif
https://azvision.az/redirect.php?url=http://www.nawaiwaqt.com.pk/E-Paper/islamabad/2013-10-11/page-12
https://azvision.az/redirect.php?url=http://www.radio.gov.pk/newsdetail-55008
https://azvision.az/redirect.php?url=http://www.lhrtimes.com/2013/10/10/azerbaijan-president-says-he-wants-promotion-of-cooperation-with-pakistan-in-defence-and-trade-fields-202765/#ixzz2h6GH1wFD
https://azvision.az/redirect.php?url=http://dnanews.com.pk/2013/10/ilham-aliyev-sweeps-azerbaijan-presidential-election/
https://azvision.az/redirect.php?url=http://centreline.com.pk/?p=2715
https://azvision.az/redirect.php?url=http://www.diplomaticstar.net/ilham-aliyev-gathers-84-55-percent-of-votes-in-azerbaijani-presidential-election.html


Teqlər:  





Xəbər lenti