Merkel ABŞ-ın dünya nizamına qarşı çıxdı

Merkel ABŞ-ın dünya nizamına qarşı çıxdı
  07 İyun 2018    Oxunub:1259
Almaniya kansleri Angela Merkel prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ-ın dünya nizamını dəyişmək cəhdlərinə qarşı Avropanı dirəniş göstərməyə çağırıb.

AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, Merkel ikinci dünya müharibəsindən sonra formalaşmış dünya nizamının hazırkı Ağ Ev administrasiyası tərəfidən dəyişdirilməsinin əleyhinədir. Bu mənada Almaniya kansleri ABŞ-ın iqlim dəyişikliyi üzrə Paris sazişindən çıxmasını və Vaşinqtonun digər dövlətlərə qarşı ticari tariflər tətbiq etməsini təhlükəli hesab edib.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın məsləhətçisinin müavini bildirib ki, Angela Merkeli dördüncü dəfə baş nazirlik postuna namizədliyini verməsinə məcbur edən amil məhz Donald Trampın davranışlarının qarşısını almaq istəyi olub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   ABŞ  





Xəbər lenti