İran uranın zənginləşdirilməsinə başladı

İran uranın zənginləşdirilməsinə başladı
  07 İyun 2018    Oxunub:1833
İran Natanz şəhərində uranın zənginləşdirilməsi üçün sentrifuj quraşdırılması mərkəzini 1 ay içində istismara verəcək. AzVision.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.
“Natanzadakı 60 sentrifuja tam və paralel nəzarətin həyata keçirilməsi üçün daha böyük müəssisə var. O, bir neçə həftə ərzində istismara veriləcək. Ölkəmizdəki alimlərin yorulmaz cəhdləri sayəsində həmin müəssisənin istismarı maksimum bir ay içində başlayacaq.” - deyə Salehi IRIB telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran həmçinin, qabaqcıl sentrifuj və yeni nəsil IR-8 sentrifujunun yerləşdiirlməsi üçün başqa bir müəsisə də tikəcək və artıq onun layihəsi də hazırdır. Əli Əkbər Salehi vurğulayıb ki, Natanzadakı bir sıra obyektlər kompleksinin işə başlaması ilə İran 10 ay ərzində uranın 190 min SWU səviyyəsində zənginləşdirilməsinə nail olacaq.

"Bu, o demək deyil deyil ki, İran sentrifujun kütləvi istehsalına başlayır. Lakin İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planı pozulsa bunu da edəcəyik".

Qeyd edək ki, İranın ali dini lideri Ayətulla Əli Xameneyi bəyan edib ki, İran eyni vaxtda həm sanksiyalar, həm də nüvə nəzarəti altında qala bilməz. Bu səbəbdən o, nüvə proqramı üzrə Hərtərəfli müştərək fəaliyyət planında qaldıqları müddətdə İranın Atom Enerjisi Təşkilatına uranın 190 min SWU səviyyəsində zənginləşdirilməsilə bağlı tapşırıq verib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   nüvə  





Xəbər lenti