Parlament Paşinyan hökumətinin taleyini həll edir

Parlament Paşinyan hökumətinin taleyini həll edir
  07 İyun 2018    Oxunub:1989
Bu gün Ermənistan parlamentinin xüsusi iclası keçirilir. İclasın gündəliyində yalnız bir məsələ – hökumət proqramının təsdiqi var.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Serj Sarkisyanın müxalifətə keçən Respublikaçılar partiyası nazirlər kabinetinin proqramının parlament tərəfindən təsdiqinə mane olmayacaqlarını bəyan edib.

Qeyd edək ki, Ermənistan nazirlər kabinetinin 1 iyundakı iclasında Paşinyan hökumətinin ilk proqramı təsdiq olunub və bu gün baxılması üçün parlamentə təqdim olunub. Parlament isə öz növbəsində 7 gün ərzində hökumətin proqramını təsdiq etməlidir. Əks təqdirdə, qanunverici orqan avtomatik buraxılacaq.

Bu gün Paşinyanın parlamentə təqdim etdiyi hökumət proqramında növbədənkənar parlament seçkilərinə hazırlıqla bağlı bənd yer alıb. Qeyd olunub ki, seçkilər maksimum 1 il ərzində keçirilməlidir. Bu, onunla əsaslandırılıb ki, Ermənistanda aprel-may aylarındakı “məxməri inqilab”dan sonra ölkənin 6-cı çağırış parlamenti mövcud real siyasi əhvalı, qüvvələr balansını və xalqın istəklərini əks etdirmir. Bu kontekstdə sənəddə vurğulanıb ki, seçki məcəlləsinə dəyişiklik etməklə majoritar seçki sistemindən tam imtina edərək, proporsional seçki sisteminə keçiməlidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   parlament   hökumətproqramı  





Xəbər lenti