Paşinyanın hökumətində skandal

Paşinyanın hökumətində skandal
  07 İyun 2018    Oxunub:1542
Ermənistanın diaspor məsələləri üzrə naziri Mxitar Ayrapetyanın özünə məsləhətçi kimi bu vəzifəyə hüququ çatmayan şəxsi gətirməklə ölkə qanunlarını pozması böyük skandala səbəb olub.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bununla həm də aydın olub ki, Paşinyan ümumiyyətlə ölkə qanunvericiliyindən başı çıxmayan olduqca gənc kadrları nazir postuna təyin etməkdə tələskənliyə yol verib.

Belə ki, Diaspora naziri Mxitar Ayrapetyan Ermənistanın “Dövlət qulluğu haqında” qanununun 8-ci maddəsini pozaraq Vaqarşak Akopyanı özünə məsləhətçi təyin etmişdi. Lakin həmin qanuna əsasən, bu vəzifəyə yaşı 30-dan aşağı olan vətəndaşlar təyin edilə bilməz. Vaqarşak Akopyanın isə 27 yaşı var. Və gülməli məqam odur ki, Akopyan vəzifəyə gətirilərkən elə “Dövlət qulluğu haqında” qanununun 8-ci maddəsinə istinad olunmuşdu. Hətta diaspora nazirinin müavini David Sarkisyan mətbuat konfransında təkidlə israr edirdi ki, Akopyanın təyinatı ölkə qanunvericiliyinə tam uyğundur.

Lakin indi həqiqət ortaya çıxandan sonra, nazirlik bu cür ciddi qanun pozuntusunu maddələrdə cüzi səhvsalma ilə əlaqələndirərək, Vaqarşak Akopyanı məsləhətçi vəzifəsindən çıxarılaraq, nazirin köməkçisi vəzifəsinə keçirilib. Mxitar Ayrapetyanın rəhbərlik etdiyi diaspora məsələləri üzrə nazirlik bu cür səhvə görə vətəndaşlardan üzr istəyib.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti