Lavrov yeni erməni həmkarı ilə görüşüb

Lavrov yeni erməni həmkarı ilə görüşüb
  07 İyun 2018    Oxunub:1835
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın yeni XİN rəhbəri Zoqrab Mnatsakanyan arasında görüş keçirilib.
AzVision.az xəbər verir ki, görüşdə çıxış edən Sergey Lavrov ermənistanlı həmkarını Moskvada görməkdən şad olduğunu söyləyib. Rusiyalı nazir görüşün uğurlu olacağına ümid etdiyini bildirib.

Ermənistan XİN başçısı isə çıxışında yeni vəzifədə ilk xarici səfərini Moskvaya etdiyini vurğulayıb. O, rusiyalı həmkarına dəvət üçün təşəkkür edib. Daha sonra görüş mətbuata qapalı keçirilib.

Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Tiqran Balayan deyib ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi aparacaq.

AzVision.az


Teqlər: rusiya   Ermənistan   Qarabağ  





Xəbər lenti