Rusiyanın siyasi ekspertləri: Putin Paşinyana inanmır

Rusiyanın siyasi ekspertləri: Putin Paşinyana inanmır
  08 İyun 2018    Oxunub:2763
Rusiyalı siyasətçi Vladimir Rıjkov hesab edir ki, Ermənistanın yeni hökuməti tamamilə fərqli xarici siyasət həyata keçirəcək. Onun fikrincə, Ermənistanda əsaslı dəyişikliklər baş verir. Bu da ölkənin xarici siyasətinə təsirsiz qala bilməz.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Rıjkov bu barədə Ermənistan-Rusiya münasibətləri və XİN rəhbəri Zoqrab Mnatsakanyanın Moskvaya planlaşdırılan səfərini şərh edərkən deyib.

Rusiyalı siyasətçi düşünür ki, Paşinyanın hakimiyyəti dövründə Ermənistanın Avropa və Amerika ilə münasibətlərində dəyişiklik olacaq.



"Məncə, Ermənistan-Amerika, Ermənistan-Avropa münasibətlərində dəyişikliklər olacaq, lakin bu, Ermənistan-Rusiya münasibətlərinə bənzəməyəcək. Rusiyanın hakimiyyət orqanları Ermənistanı itirməməkdə maraqlıdır və bu istiqamətdə hərəkət etməyə çalışmalıdırlar".

Onun sözlərinə görə, hazırda Ermənistan radikal dəyişikliklərin ilkin mərhələsindədir.



Politoloq Stanislav Tarasov isə hesab edir ki, Soçidə Rusiyalı həmkarını əmin etməyə çalışan Nikol Pashinyan kimi, Mnatsakanyan da Ermənistanın xarici siyasətinin prioritetlərinin dəyişmədiyinə Moskvanı inandırmağa çalışacaq.

"Dağlıq Qarabağ münaqişəsinin həlli, Paşinyanın həlli prosesi ilə bağlı fikirləri, ABŞ-ın Ermənistana maliyyə yardımının genişləndiriləcəyini nəzərə almaqla, Ermənistan-Amerika münasibətləri və cari məsələlər də görüşdə müzakirə olunacaq. Əslində, Rusiyanın Ermənistanın yeni hakimiyyətinin gerçək xarici siyasətinin necə olacağına dair tam fikrə ehtiyacı var, çünki aydın şəkildə Qərbin fəallığı və maraqları nəzərə çarpır. Erməni hakimiyyət orqanlarının yalnız inandırcı zəmanətləri kifayət deyil, biz real siyasətin necə olacağını və ABŞ ilə Avropa Birliyi arasında hansı razılaşmalara nail olunacağını izləməliyik. Həm ABŞ, həm də Avropa İttifaqı Ermənistanın maliyyələşdirməsini artırmaq niyyətindədir və bu, mənim fikrimcə, təsadüfi deyil, amma öncədən ehtimallar vermək istəmirəm", - deyə Tarasov bildirib.

Ümumilikdə isə Rusiyalı ekspertlər Moskvanın İrəvandan səslənən vədlərə inanmadığını, Ermənistanın real xarici siyasətinin müəmmalı olduğunu hesab edirlər.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   Paşinyan  





Xəbər lenti