Türklər Azərbaycanda nə vaxt və harada səs verəcəklər?
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi üçün 60 ölkədə 123 təmsilçilikdə seçki məntəqələri yaradılıb. Azərbaycanda yaşayan Türkiyə vətəndaşları isə 17 iyunda səsvermə hüquqularından istifadə edəcəklər.
Ölkəmizdə yaşayan türklər Türkiyənin Bakıdakı səfirliyi, Gəncə və Naxçıvandakı konsulluqlarda səs verə biləcəklər.
Qeyd edək ki, Türkiyədə prezident kürsüsü uğrunda 6 namizəd mübarizə aparır.
AzVision.az