Bu gün AMEA-nın yeni prezidenti seçiləcək

  08 İyun 2018    Oxunub : 362
Bu gün AMEA-nın yeni prezidenti seçiləcək
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasda AMEA-nın prezidenti və vitse-prezidentləri seçiləcək.

Yığıncaqda, həmçinin AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinləniləcək, bundan əlavə Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı, AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək.

AMEA-nın hazırki prezidenti Akif Əlizadənin yenidən rəhbər seçilmə ehtimalı yüksək qiymətləndirilir.

AzVision.az

Teqlər: AMEA