Kanadada G7 sammitinə etiraz etdilər

Kanadada G7 sammitinə etiraz etdilər
  08 İyun 2018    Oxunub:1039
Kanadanın Kvebek şəhərində G7 (“Böyük yeddilik”) sammitinə qarşı antiqlobalistlərin yürüşü keçirilir.

AzVision.az xəbər verir ki, aksiyada 400-ə yaxın nümayişçi iştirak dir.
Nümayişçilər G7 ölkələrinin bayraqlarını yandırıblar. Kvebek polisi yürüşü nəzarətdə saxlasa da, etirazçıların davranışlarına müdaxilə etmirlər.

Qeyd edək ki, bu gün və sabah Kvebek şəhərində G7 ölkələri (ABŞ, Kanada, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Yaponiya) dövlət başçılarının sammiti keçiriləcək. Bir çox ölkələrin liderləri hələ Kanadaya gəlməyib. Gələnlər isə Kvebekdən 140 kilometr uzaqlıqda yerləşən La Mlabe kurort şəhərinə gediblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: G7   Kanada  





Xəbər lenti