Azərbaycanın iki alimi qızıl medala layiq görülüb

Azərbaycanın iki alimi qızıl medala layiq görülüb
  08 İyun 2018    Oxunub:2532
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında “Nizami Gəncəvi adına Qızıl medal”ın təqdimetmə mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunub.

Tədbirdə bildirilib ki, qızıl medala layiq görülən namizədlər seçilərək onlar haqqında rəylər Rəyasət Heyətinə təqdim edilib.

Beləliklə, dəniz, neft və qaz kondensant yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsinin aktual problemlərinə həsr edilən fundamental elmi tədqiqatlarına, Xəzər dənizində neft və qaz yataqlarının kəşf olunması və Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətlərinə görə AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə və müasir plazma fizikasının yaradılmasına verdiyi fundamental elmi töhfələrinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   Medal  





Xəbər lenti