Oteldən "oğruluq" edən ayı hamını təəccübləndirdi - VİDEO

Oteldən "oğruluq" edən ayı hamını təəccübləndirdi - VİDEO
  09 İyun 2018    Oxunub:1361
Norveçin Şpisberqen şəhərindəki “Radio Adventure Hotel”in anbarına girən ağ ayı oradakı şokoladların hamısını yeyib. Daha sonra şərab şüşələrini qıraraq anbarın pəncərəsindən çıxmaq istəyib.
AzVision.az “Daily Mail”ə istinadən xəbər verir ki, qapı bağlı olduğundan anbardan “oğurluq” edən ağ ayı pəncərədən çıxmaq istəyərkən ilişib və "iş üstündə" yaxalanıb. Otelin xanım əməkdaşı onu panik vəziyyətdə pəncərədən sallanarkən tapıb və xilasediciləri köməyə çağırıb.

Helikopterin səsini eşidən ayı qorxudan özünü pəncərədən ataraq dənizə tərəf qaçıb. Ağ ayının bu macərasının əks olunduğu video internetdə böyük maraq və gülüş doğurub.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Norveç   Ayı   Otel  





Xəbər lenti