Ankara Avstriyanı irqçilikdə ittiham edir

Ankara Avstriyanı irqçilikdə ittiham edir
  08 İyun 2018    Oxunub:1338
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Avstriyanı müsəlmanlara qarşı ayrı-seçkilikdə və onlardan öz siyasi məqsədlərində istifadə etməkdə suçlayıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Kalının sözlərinə görə, 7 məscidin bağlanması və imamların ölkədən qovulması Avstriyada islan dininə qarşı irqçi və diskriminativ siyasətin nəticəsidir.

"Məqsəd öz siyasi maraqları naminə müsəlman cəmiyyətini təcrid etməkdir. Avstriya hökumətinin bu mövqeyi beynəlxalq hüquq normalarına, sosial həmrəylik siyasətinə və azlıqların hüquqlarına ziddir. İslamla qarşıdurmadan tam imtina edilmlidir” – deyə Kalın vurğulayıb.

Qeyd edək ki, Avstriyanın baş naziri Sebastian Kurz öz "Tvitter" hesabında bəyan edib ki, ölkədəki 7 məscid bağlanacaq, 40 imam isə deportasiya ediləcək. "Avstriya din azadlığını dəstəkləyir, lakin ölkəmizdə siyasi islam və radikalizmə yer yoxdur" deyən Kurz bu qərarın yalnız "Avstriyada türk-islam mədəni və sosial əməkdaşlığı birliyi" təşkilatının dəstəklədiyi məscidlərə şamil ediləcəyini bildirib. Avstriya hökuməti bu təşkilatı ölkədə türk millətçiliyini yaymaqda itiham edir.

Xatırladaq ki, apreldə Avstriya hökuməti paytaxt Vyanadakı məsciddə Çanaqqala müharibəsilə bağlı səhnəni canlandıran zaman şəhid əsgərlər rolunda uşaqlardan istifadə etdiklərinə görə "Avstriyada türk-islam mədəni və sosial əməkdaşlığı birliyi" təşkilatının fəaliyyətini qadağan edəcəyilə hədələmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Ankara  





Xəbər lenti