Ruhani dünyanı Trampa qarşı çıxmağa çağırdı

Ruhani dünyanı Trampa qarşı çıxmağa çağırdı
  08 İyun 2018    Oxunub:1460
ABŞ-ın İranla nüvə sazişindən çıxması beynləxalq birliyin təhqir edilməsidir.

AzVision.az PressTV-yə istinadən xəbər verir ki, bu sözləri İranın prezidenti Həsən Ruhani deyib.
Ruhani bütün dünyanı Vaşinqtonun “qanunsuz” addımına qarşı tədbirlər görməyə çağırıb. Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlərdə Vaşinqtonun bu cür yanaşmaları çox təhlükəlidir. Çünki ABŞ öz qərarları ilə beynəlxalq müqavilələri pozur və dünya ölkələri belə “qanunsuzluqlara” susmamalıdır.

Ruhani onu da əlavə edib ki, bu gün Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində dünya liderlərilə bu məsələni müzakirə edəcəklər.

Qeyd edək ki, mayın 8-də ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsindən sonra sazişin digər iştirakçılar, o cümlədən Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya sankiyalara rəğmən nüvə anlaşmasında qalmaqla böyük zərərlə üzləşməyəcəyinə dair Tehrana iqtisadi-siyasi zəmanət veriblər. Onlar, həmçinin İranı əmin ediblər ki, hazırkı nüvə sazişinin qorunub saxlanmasının tərəfdarıdırlar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   ABŞ   Çin   ŞƏT  





Xəbər lenti