Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçildi

Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçildi
  08 İyun 2018    Oxunub:3709
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında yeni vitse-prezidentlər seçilib.
AzVision.az xəbər verir ki, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva, İradə Hüseynova AMEA-nın vitse-prezidenti seçilib. AMEA-nın müxbir üzvü Bilal Bilalov isə akademiyanın vitse-prezidenti vəzifəsinin icraçısı seçilib.

Qeyd edək ki İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev seçkiyə qədər həmin vəzifələri icra edirdilər. Nərgiz Paşayeva, İradə Hüseynova isə bu vəzifədə yenidir.

N.Paşayeva akademiyada təhsil, İ.Hüseynova isə biologiya məsələrinə baxacaq. Vitse-prezidentlər bu vəzifəyə 5 il müddətinə seçilirlər.

N.Paşayeva, Bilal Bilalov və İ.Hüseynova həm də Rəyasət Heyətinin üzvləri seçiliblər. İclasda akademiyanın bölmələrinin akademik katibləri də seçilib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qurumun akademik katibi seçilib. Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi Dilqəm Tağıyev, Ictimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi Teymur Kərimli olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti