"Türkiyəni Gülənə vermək istəyirlər" - Ərdoğan
“Müxalifət guya 24 iyun seçkilərindən sonra ölkədə keçmiş sistemə qayıdacaqlarını deyir. Amma 16 apreldə millətin ortaya qoyduğu güclü iradəni yox saymaq üçün müxalifət öz təbirincə kampaniya aparır. Millətin əlindən prezident seçmək səlahiyyətini almaq üçün bağlı qapılar arxasında çirkli işlər çevirirlər”ş
Ərdoğan xüsusilə vurğulayıb ki, Türkiyəni qızıl sinidə Pensilvaniyadakı şarlatana (Fətullah Gülən) təqdim etmək istəyirlər. Şarlatan nə deyirsə, Kılıçdaroğlu və Məhərrəm İncə də eyni şeyləri söyləyir.
Ərdoğan onu da bildirib ki, Türkiyəni rahatsız edənlərə qarşı həmişə mübarizə aparacaqlar. Hətta lazım olacaqsa, Sincar və Qəndilə də gedəcəklər.
Leyla Elbrusqızı
AzVision.az