Cəlilabadda qətl

  12 Oktyabr 2013    Oxunub : 571
Cəlilabadda qətl
Cəlilabad sakini həmyerlisini öldürüb
Rayon Prokurorluğundan AzViision.az-a verilən məlumata görə, ötən gecə rayonun Göytəpə şəhərində qətl hadisəsi qeydə alınıb.

Cəlilabad sakini, 1974-cü il təvəllüdlü Pərviz Mirzəağa oğlu Bayramov, həmyerlisi, 1976-cı il təvəllüdlü Nizam Rail oğlu Diniyevi bıçaqlayaraq öldürüb. Hadisənin tərəflər arasında münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.

Teqlər: