İsrail ordusu fələstinlilərə atəş açdı: 4 ölü, 618 yaralı

İsrail ordusu fələstinlilərə atəş açdı: 4 ölü, 618 yaralı
  09 İyun 2018    Oxunub:1652
Qəzza zolağında “Böyük Qayıdış" yürüşünə qatılan fələstinlilərlə İsrail hərbçiləri arasında yenidən qarşıdurma olub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, toqquşmalar zamanı 4 fələstinli həlak olub, 618 nəfər yaralanıb. Yaralı sayının artacağı istisna edilmir.

Fələstinin Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, etiraz aksiyalarında iştirak edən fələstinlilər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qeyd edək ki, martın 30-dan etibarən Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 115-dən çox fələstinli ölüb, 13 mindən çox insan isə yaralanıb.

AzVision.az


Teqlər: Qəzza   Fələstin   İsrail  





Xəbər lenti