"Taliban" 3 günlük sülh elan etdi

"Taliban" 3 günlük sülh elan etdi
  09 İyun 2018    Oxunub:1014
Əfqanıstanda fəaliyyət göstərən "Taliban" silahlı hərəkatı Ramazan bayramı ilə əlaqədar ölkədə 3 günlük sülh elan edib və hökumət qüvvələrilə toqquşmanı dayandıraraq atəşkəs rejiminə keçib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Taliban sülhə rəğmən onlara hücum edilərsə müdafiə olunacaqlarını da bəyan edib. Silahlı hərəkatın yaydığı bəyanatda həmçinin deyilir ki, əgər sonradan döyüş meydanına qayıtmayacaqlarına söz versələr, əsir götürülmüş hökumət qüvvələrini azad etməyi nəzərdən keçirə bilərlər.

Bundan əvvəl isə Əfqanıstan prezidenti Əşrəf Qani müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə "Taliban"la bir həftəlik sülh bəyan etmişdi.

“Atəşkəs rejimi talibançılara dərk etməyə imkan verəcək ki, onların amansız fəaliyyəti insanların ağıl və qəlblərini fəth etmir, əksinə əfqan xalqını parçalayır” – deyə Qani qeyd etmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti