Qərb koalisiyası suriyalı qaçqınları ac-susuz qoydu

Qərb koalisiyası suriyalı qaçqınları ac-susuz qoydu
  09 İyun 2018    Oxunub:1329
Suriyada ABŞ-ın başçılıq etdiyi Qərb koalisiya qüvvələrinin məsuliyət zonasında yerləşən “Ər-Rubkan” düşərgəsindəki qaçqınlar Dəməşq ətrafına yığışaraq Bəşər Əsəd hökumətindən kömək istəyiblər.
AzVision.az RT-yə istinadən xəbər verir ki, qaçqınları səhradan keçərək Dəməşq istiqamətində bir neçə kilometrlik yolu piyada gəlməyə vadar edən səbəb onların ac və susuz saxlanılmasıdır.

Onlar şikayət edərək bildiriblər ki, Qərb koalisiyasının düşərgəsində su və dərman çatışmazlığından əziyyət çəkirlər. Qaçqınlardan biri – Matra Hodor isə deyib ki, hətta tibbi ləvazimatları onun üçün qohumları böyük məbləğdə pul ödəyərək Dəməşqdən gətirirdilər. İndi isə həmin qaçqınlara Dəməşqdəki universitetlərdən biri kömək göstərəcək.

Qeyd edək ki, 7 may tarixində Suriyada döyüşən tərəflərin barışdırılması üzrə mərkəz bəyan etmişdi ki, düşərgələrdəki 64 mindən çox qaçqın terrorçulardan təmizlənmiş Şərqi Qutaya qayıdıb və şəhərdə məktəb və müəssisələrin işi bərpa olunub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   ABŞ  





Xəbər lenti