NATO İraqa yeni qoşun göndərir

NATO İraqa yeni qoşun göndərir
  09 İyun 2018    Oxunub:1400
Yaxın zamanda NATO İraq silahlı qüvvələrinə təlim keçirilməsi üçün bu ölkəyə yüzlərlə hərbçi göndərəcək.

AzVision.az xəbər verir ki, bu barədə alyansın baş katiib Yens Stoltenberq Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) rəhbəri Ceyms Mettislə Brüsseldəki birgə çıxışında bəyan edib.
Stoltenberq alyansın İŞİD terrorçularilə mübarizəsinə həsr olunan nitqində bildirib ki, NATO hərbçilərinin köməyilə İraqda vəziyyət sabitləşəcək və terrorçular dirçələ bilməyəcək.

“İraq hökuməti və qlobal koalisiyanın sorğusuna əsasən, tezliklə NATO İraqa yüzlərlə hərbi infrastruktur və şəxsi heyətdən ibarət olan yeni missiya göndərəcək. Biz İraq hərbçilərinə təlim keçəcək və onların hərbi təlim mərkəzlərini təkmilləşdirəcəyik. NATO-nun İraqdakı yeni missiyası ölkəni terorçulardan müdafiə edəcək”, - deyə NATO baş katibi vurğulayıb.

Qeyd edək ki, koalisiya qüvvələrinin köməyilə İraq ordusu 2017-ci ildə ölkədəki İŞİD terrorçuları ilə irimiqyaslı əməliyyat aparıb. Nəticədə İraqın baş naziri Heydər əl-Abadi bəyan edib ki, ölkədə İŞİD üzərində tam qələbə çalınıb və terrorçular məhv edilib.

"Washington Post" isə yazır ki, Pentaqon indi də NATO qüvvələrinin İraqda iştirakını gücləndirmək üçün İŞİD terrorçuları ilə mübarizə formatından İraq təhlükəsizlik qüvvələrinə hərtərfəli kömək formatına keçməyi tələb edib. Və Pentaqonun rəhbəri Ceyms Mettis bununla bağlı planı NATO müdafiə nazirlərinin bu gün keçirilən görüşündə təqdim edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NATO   ABŞ   İraq  





Xəbər lenti