“Taliban” sülhü pozdu - 20 polis öldürüldü

“Taliban” sülhü pozdu - 20 polis öldürüldü
  09 İyun 2018    Oxunub:1337
Əfqanıstanın şimalında "Taliban" silahlı qruplaşmasının hücumu nəticəsində azı 20 əfqan polisi ölüb.

AzVision.az xəbər verir ki, bu barədə 1TV telekanalı yerli məmurlara istinadən məlumat yayıb.
Məlumata görə, hadisə bu gecə Kunduz əyalətində baş verib. Əyalət qubernatorunun nümayəndəsi isə bildirib ki, toqquşma nəticəsində qarşı tərəf də itki verib - 8 talibançı öldürülüb.

Qeyd edək ki, "Taliban" silahlı hərəkatı Ramazan bayramı ilə əlaqədar Əfqanıstan hökumətinə 3 günlük sülh elan edib. Bununla belə, onlara hücum edilərsə müdafiə olunacaqlarını da bəyan ediblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti