Türkiyədə yeni qiyam təhlükəsi - Nazir etiraf etdi

Türkiyədə yeni qiyam təhlükəsi - Nazir etiraf etdi
  09 İyun 2018    Oxunub:1971
“Türkiyənin daxilində təhdid yarada biləcək FETÖ hücrələri mövcuddur”.

AzVision.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir deyib ki, FETÖ subliminal mesajlarla çevriliş etmək üçün çağırışlar edir:
“Yeni qiyam, çevriliş planları var. Amma buna gücləri yoxdur. FETÖ sosial şəbəkələr üzərindən dəstək axtarışındadır. Xüsusilə Balkanlarda çox güclüdürlər. Biz də onların xaricdəki logistik mərkəzini aşkara çıxarmağa çalışırıq”, - deyə nazir vurğulayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: FETÖ  





Xəbər lenti