Körfəz ölkələri İordaniya üçün birləşir

  09 İyun 2018    Oxunub : 514
Körfəz ölkələri İordaniya üçün birləşir
Səudiyyə Ərəbistanı İordaniyaya kömək etmək üçün sabah Məkkə şəhərində körfəz ölkələrinin sammitini keçirəcək.
AzVision.az “The Washington Post”a istinadən xəbər verir ki, sammitdə Səudiyyə Ərəbistanı, İordaniya, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri iştirak edəcəklər.

Görüşdə soz zamanlar üzləşdiyi iqtisadi problemlər və vergi qiymətlərini artırmaq planı üzündən əhalisi kütləvi etirazlara qalxan İordaniyaya dəstək təklif olunacaq.

Bu gün Səudiyyə dövlət agentliyinin yaydığı bəyanatda isə deyilib ki, sammitdəki görüşdə İordaniyanın hazırkı böhrandan çıxarılmasının yolları axtarılacaq.

“The Washington Post”un məlumatına görə, neftlə zəngin körfəz ölkələri İordaniya iqtisadiyyatının dirçəlməsi üçün nəğd pul yardımı edəcəklər.

Qeyd edək ki, Suriyaİraqdan çoxlu sayda qaçqının gəlməsi səbəbindən İordaniyada işsizlik həddi yüksəlib, ölkə iqtisadiyyatı zəifləyib. Nəticədə ölkə parlamenti İordaniyaya 100 milyon dinar (təqribən 141 milyon dollar) qazanc gətirəcəyini əsas tutaraq, yeni vergi qanunu layihəsini təsdiqləyib. Lakin Beynəlxalq Valyuta Fondunun tapşırığı ilə hazırlanan və vergi tariflərinin artırılmasını nəzərdə tutan yeni qanun layihəsi İordaniya əhalisinin əksər hissəsi tərəfindən kəskin reaksiya ilə qarşılanıb və onlar hökumətin istefasını tələb ediblər. Ölkəni bürüyən kütləvi etirazlar nəticəsində İordaniya kralı Abdulla ilə görüşən baş naziri Hani əl-Mülki istefa verib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: İordaniya   Səudiyyə