Trampla Putinin görüş yeri bəlli oldu

Trampla Putinin görüş yeri bəlli oldu
  09 İyun 2018    Oxunub:1385
ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin ikitərəfli görüşünün keçirilməsi üçün Avstriyanın paytaxtı Vyana seçilə bilər.
AzVision.az bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, hər iki ölkənin lideri ən son apardıqları telefon danışığında bu barədə razılığa gəliblər və Vyananı görüş məkanı kimi nəzərdən keçiriblər.

“Prezidentlərin görüşünə uyğun gələcək müxtləif şəhərlər nəzərdən keçirilir. Bilirsiniz ki, sonuncu telefon söhbətində onlar bu cür görüşün keçirilməsinin vacibliyini, o cümlədən də, görüşün Vyanada ola biləcəyini müzakirə ediblər” – deyə Peskov bildirib.

O, vurğulayıb ki, bu barədə hələlik hansısa konkret razılıq mövcud deyil.

Qeyd edək ki, ötən gün Avstriya hökuməti Trampla Putinin görüşünü keçirməyə hazır olduqlarının bəyan edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Vyana  





Xəbər lenti