“Top indi Amerikanın meydanındadır” - Putin

“Top indi Amerikanın meydanındadır” - Putin
  09 İyun 2018    Oxunub:2105
Rusiya prezidenti Vladimir Putin ümid edir ki, ABŞ prezidenti Donald Tramp ikitərəfli münasibətləri yaxşılaşdıracağına dair seçkiqabağı verdiyi vədləri yerinə yetirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Putin Rusiya kanalına müsahibəsində deyib.

“Vədlərdən biri də ABŞ-Rusiya münasibətlərini yaxşılaşdırmaqdır. Ümid edirəm ki, bu, baş verəcək. İstənilən halda, biz buna hazırıq. Hesab edirəm ki, top indi Amerikanın meydanındadır”,- deyə Putin bildirib.

Putin vurğulayıb ki, rəsmi Moskva Vaşinqtonla əlaqələrin normallaşmasına hazırdır və bu, müxtəlif yollarla, o cümlədən şəxsi görüşlər vasitəsilə reallaşdırıla bilər. Rusiya dövət başçısı Trampla dialoqun konkstruktiv keçəcəyinə dair kifayət qədər əsasların olduğunu da bildirib.

“ABŞ-da qəbul olunan qərarlara, o cümlədən ABŞ prezidentinin verdiyi qərarlara fərqli yanaşmaq lazımdır. Tənqid də etmək olar. Çünki həqiqətən də, orada tənqidə layiq çox şey var. Amma əvvəl dediyim kimi, bir məsələ var: Tramp seçkiqabağı kampaniyada verdiyi vədləri icra edir. Eyni zamanda liderlər arasındakı qarşılıqlı münasibətlər mədəni şəkildə qurulmalıdır. Lakin bu, hər hansı liderin öz ölkəsi üçün vacib və məqsədəuyğun hesab etdiyi qərarlar verməsini istisna etmir”,– deyə Putin vurğulayıb.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, ən son telefon söhbətlərində Putinlə Tramp Vyanada görüşməyi müzakirə ediblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti