Nərgiz Paşayeva mükafata layiq görüldü

Nərgiz Paşayeva mükafata layiq görüldü
  09 İyun 2018    Oxunub:2460
Dövlətlərarası “Birlik ulduzları” mükafatının təqdim edilməsi üzrə Şura incəsənət, elm və təhsil sahəsində görkəmli nailiyyətlərə görə 2017-ci ilin laureatlarını elan edib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva elm sahəsində “Birlik ulduzları” mükafatına layiq görülüb.
Məlumata əsasən, münsiflər heyətinin qərarı ilə mükafatlara səkkiz namizəd layiq görülüb.

Laureatlar arasında SSRİ Xalq artisti, alt alətində çalan və dirijor Yuri Başmet (Rusiya), skripkaçı Ayman Musaxacayeva (Qazaxıstan), şair Nizom Kosim (Tacikistan), ədəbiyyatşünas Abdıldajan Akmataliyev (Qırğızıstan), bir idmançı – belaruslu biatlonçu Darya Domraçeva və başqaları var.

Mükafatlar MDB İştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının iyunun 19-20-də Astanada keçiriləcək XIII forumunda təntənəli mərasimdə təqdim olunacaq.

AzVision.az


Teqlər: Nərgiz-Paşayeva   Mükafat  





Xəbər lenti