DİM sınaq imtahanları keçirib

DİM sınaq imtahanları keçirib
  09 İyun 2018    Oxunub:1582
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə onlayn sınaq imtahanları keçirilib.
Bu barədə AzVision.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Sınaq imtahanları DİM-in binasında kompüter vasitəsilə elektron formada keçirilib. 1-ci növbə üzrə imtahan saat 10:00-da, 2-ci növbə üzrə isə saat 14:00-da başlayıb.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti