Kim Trampla görüşə 100 nəfərlik heyətlə gedir

Kim Trampla görüşə 100 nəfərlik heyətlə gedir
  10 İyun 2018    Oxunub:2197
Şimali Koreya lideri Kım Çen Inın Sinqapura iyunun 10-da yola düşəcəyi gözlənilir. Onun təyyarəsi Çanqi aeroportunda yerə enəcək. Kimin şəxsi “İl-62” təyyarəsindən istifadə edəcəyi bildirilir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Kim hakimiyyətə gəldiyi ildən bəri həmin təyyarədən yalnız bir dəfə xarici səfərdə istifadə edib.

Şimali Koreyanın nümayəndə heyəti üçün qida məhsulları daşıyan “İl-76” təyyarəsi də iyunun 10-da Sinqapura yollanacaq. Kım Çen Inın “St. Regis” otelində qalacağı bildirilir. ABŞ prezidenti Donald Trampın da həmin oteldə gecələyəcəyi gözlənilir.

Sammit qurtarana qədər KXDR-in Sinqapurda qalacaq nümayəndə heyətinin sayı 100 nəfərdən çox olacaq. Onların arasında həm rəsmi şəxslər, həm də təhlükəsizlik xidmətinin əməkdaşları var.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ-KXDR sammiti keçiriləcək.

AzVision.az


Teqlər: Tramp   Kim-Çen-In  





Xəbər lenti