Millimiz səfərdə Latviyanı məğlub etdi

Millimiz səfərdə Latviyanı məğlub etdi
  10 İyun 2018    Oxunub:2091
Bu gün futbol üzrə Azərbaycan milli komandası Latviya yığması ilə yoldaşlıq oyunu keçirib.
AzVision.az xəbər verir ki, Riqada “Dauqava” stadionunda keçirilən oyun milli komandamızın 1:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 20-ci dəqiqədə milli futbolçumuz Maksim Medvedev açıb. İkinci qolu Cavid İmamverdiyev vurub. Millimizin son qoluna Emin Maxmudov imza atıb. Meydan sahiblərinin yeganə qolunun müəllif isə Roberts Uldrikisdir.

Qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edib.



AzVision.az


Teqlər: Milli   Latviya  





Xəbər lenti