Ağdamda kafe yanıb

  10 İyun 2018    Oxunub : 967
Ağdamda kafe yanıb
Ağdam rayonunda yanğın baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Ağdam rayonu, Xındırıstan kəndində ümumi sahəsi 120 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) tavanı və dam örtüyünün yanar konstruksiyaları 51 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Ağdam   Yanğın