Putin Paşinyanla görüşəcək

Putin Paşinyanla görüşəcək
  11 İyun 2018    Oxunub:1361
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Vladimir Putin gələn həftə futbol üzrə dünya çempionatını izləmək üçün Rusiyaya səfər edəcək Nikol Paşinyanla görüşəcək.

Qeyd edək, Putinlə Paşinyan arasında ilk görüş Soçi şəhərində olub. Növbəti görüş isə Moskvada baş tutacaq. Görüşdə hansı məsələlərin müzakirə olunacağı maraq doğurur.

AzVision.az


Teqlər: Putin   Paşinyan  





Xəbər lenti