Ermənistanda növbəti etiraz - Kəndlilər yolu bağladı

Ermənistanda növbəti etiraz - Kəndlilər yolu bağladı
  11 İyun 2018    Oxunub:2381
Ermənistanın Lori vilayətinin Şnoğ, Karkop və Teğut kəndlərinin sakinləri etiraz aksiyası keçirərək “Teğut” müəssisəsinə gedən yolu bağlayıblar.
AzVision.az-ın hetq.am-a istinadən verdiyi məlumata görə, etirazçılar tələb edirlər ki, başqa kəndlərdən “Teğut” QSC-də çalışan fəhlələr işdən çıxarılmalı, onların yerinə işdən çıxarılan kənd sakinləri qaytarılmalıdır.

Sakinlər bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə, etirazları davam etdirəcəklərini bildiriblər.



Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Etiraz  



Xəbər lenti