Türkiyədən PKK-ya zərbə - 21 terrorçu məhv edildi
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) təqribən 3 aydır davam edən əməliyyatlar nəticəsində İraqın şimalındakı 400 kilometr ərazini PKK terrorçularından təmizləyib. Hərbi əməliyyatlarda 11 martdan bu günədək 180-nə yaxın terrorçu məhv edilib.
İraqın şimalındakı əməliyyatların başlıca məqsədi Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək, PKK terrorçularının həmin ərazilərdəki sığınacaqlarını dağıtmaq, onların Türkiyə ərazisinə keçmələri, həmçinin silah-sursat ötürmələrinin qarşısını almaqdır.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Türkiyə PKK Terror Qəndil