Tehranla Süleymaniyyə arasında uçuşlar bərpa edilib

Tehranla Süleymaniyyə arasında uçuşlar bərpa edilib
  11 İyun 2018    Oxunub:1846
İranın paytaxtı Tehranla İraqın şimalındakı kürd muxtariyyətinin Süleymaniyyə şəhəri arasında 9 aydan sonra təyyarə uçuşları yenidən bərpa edilib.

AzVision.az “Anadolu” agentliyinə istinadən bildirir ki, bu barədə Süleymaniyyə Beynəlxalq hava limanının rəhbəri Tahir Abdulla xəbər verib.
Onun sözlərinə görə, uçuşların bərpası üçün mərkəzi İraq hökumətilə davamlı danışıqlar aparılıb və nəhayət, razılıq alınıb. Tahir Abdulla Süleymaniyyə ilə Türkiyə arasında hava nəqliyyatı hərəkətinin hələ ki, bağlı olduğunu, amma tezliklə açılacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, 2017-ci ilin 25 sentyabrında İraqın şimalındakı kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani müstəqilliklə bağlı qanunsuz referendum keçirib. Mərkəzi Bağdad hökuməti buna cavab olaraq muxtariyyətin paytaxtı Ərbildəki və Süleymaniyyə şəhərindəki beynəlxalq hava limanlarına xaricdən uçuşlar qadağan etmişdi. İraq hökumətinin 20 martda bu qadağanı qismən aradan götürməsilə, Süleymaniyyə hava limanından ilk uçuş İordaniyaya, indi isə İrana gerçəkləşdirilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   İraq   KürdMuxtariyyəti   Süleymaniyyə  



Xəbər lenti