Ərdoğan son anda ölümdən xilas oldu - VİDEO

Ərdoğan son anda ölümdən xilas oldu - VİDEO
  11 İyun 2018    Oxunub:22736
15 iyul qiyam günündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Dalaman hava limanında məruz qaldığı sui-qəsddən son anda xilas olmasını əks etdirən görüntülər yayılıb.
AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, görüntülərdə Türkiyə prezidenti, onun həyat yoladaşı Əminə Ərdoğan, kürəkəni, enerji və təbii ehtiyatlar naziri Berat Albayraq, Ərdoğanın qızı Esra Albayraq və nəvələri Əhməd Akifin Mərmərədən Dalaman hava limanına uçan helikopterdən təyyarəyə köçürülmə anı əks olunub.



Qəzetin yaydığı məlumata görə, Ərdoğan və ailəsini hava limanına gətirən helikopter radarlara yaxalanmamaq üçün 20 dəqiqəlik yolun 15 dəqiqəsini dənizin 10 metr üzəri ilə uçaraq eniş edib. Hərbi gəmilər və "F-16" qırıcıları tərəfindən vurulma riskinə baxmayaraq, helikopter Dalaman hava limanına eniş etməyi bacarıb. Burada qiyamçıların nəzarət etdiyi 4 uçuş aparatı təyyarədə Ərdoğanın olmadığını yəqin etdikdən sonra uçuş zolağından uzaqlaşıblar.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti