Sabiq prezident İlham Əliyevi təbrik edib

Sabiq prezident İlham Əliyevi təbrik edib
  12 Oktyabr 2013    Oxunub:784
Slovakiya Respublikasının sabiq Prezidenti Rudolf Şuster Prezideny İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda deyilir:

Zati-aliləri, hörmətli cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Bu seçkilərin nəticələri sübut edir ki, Siz beynəlxalq miqyasda yüksək status qazanmış ölkənizi sürətli inkişaf yolu ilə irəliyə aparırsınız. Bakıya səfərim zamanı məndə yaranmış təəssüratlara əsasən deyə bilərəm ki, Siz ölkənizin mövqeyini böyük qətiyyətlə təkcə regionda deyil, bütün dünyada gücləndirmisiniz.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram. Sizinlə bir daha görüşmək ümidindəyəm.


Teqlər:





Xəbər lenti