Moskvada Əliyev-Paşinyan görüşü olmayacaq

Moskvada Əliyev-Paşinyan görüşü olmayacaq
  11 İyun 2018    Oxunub:1620
Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü plalaşdırılmır.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqosyan “İnterfax”a bildirib.
“Hazırda Nikol Paşinyanla İlham Əliyevin Moskvada görüşəcəklərinə dair razılıq yoxdur.” – deyə Yeqosyan bildirib.

Qeyd edək ki, prezident İlham Əliyev və Nikol Paşinyan 14 iyunda futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Moskvaya səfər edəcəklər. Bu, Azərbaycan və Ermənistan dövlət başçılarının faktiki olaraq, birlikdə iştirak edəcəkləri ilk tədbir olacaq.

AzVision.az


Teqlər: İlham-Əliyev   Paşinyan   Moskva  





Xəbər lenti