Tarixi görüşdən əvvəl pessimist bəyanat

Tarixi görüşdən əvvəl pessimist bəyanat
  11 İyun 2018    Oxunub:1212
Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərin tam nizamlanması üçün uzun proses lazımdır və bu, bir ildən də çox vaxt apara bilər.

AzVision.az xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Mun Çje İn bəyan edib.
“Kök salmış düşmən münasibətlər və Şimali Koreyanın nüvə problemi liderlər arasında danışıqlara bircə cəhdlə həll edilə bilməz. Davamlı və tam nizamlanma üçün uzun proses lazımdır. Bilmək olmaz, bu proses bir il, iki il, yaxud daha çox uzanacaq” – deyə Cənubi Koreya prezidenti administrasiyasının saytında yerləşdirilən bəyanatda bildirilib.

Qeyd edək ki, sabah Sinqapurda ABŞ ilə Şimali Koreya liderlərinin tarixdə ilk görüşü baş tutacaq. Danışıqların başlıca məqsədi Koreya yarımadasında sülhə nail olmaq və Şimali Koreyanın nüvəsizləşdirilməsidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Cənubi-Koreya   Şimali-Koreya   ABŞ  





Xəbər lenti