Ukraynada sülhə nail olmağın 3 yolu

Ukraynada sülhə nail olmağın 3 yolu
  11 İyun 2018    Oxunub:1263
"Donbassda Ukraynanın hakimiyyəti bərqərar olmalıdır"

AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin "Tvitter" səhifəsində bəyan edib.
Klimkin həmçinin, Ukraynanın şərqindəki münaqişə zonasında sülhə nail olunmasının 3 şərtini açılayıb: “Bütün KİV-lər Sinqapurdan (ABŞ-Şimali Koreya sammitinin keçirilməsindən) danışır, amma bizə öz problemimizlə məşğul olmaq lazımdır: ATƏT və sülhməramlıların nəzarəti altında real təhlükəsizliyə nail olunması, insanlarımızın azad olunması və Ukrayna ilə beynəlxalq birlik tərəfindən birgə təşkil edilən əsl seçkilərin keçirilməsi...”

XİN rəhbəri daha sonra əlavə edib: “Bu gün işğal edilmiş Donbassda Ukrayna torpaqları və ukraynalı vətəndaşlar var, amma Ukraynanın özü yoxdur. Biz ora qayıtmalıyıq”

Xatırladaq ki, 7 apreldə Klimkin BMT sülhməramlılarının yerləşdirilməsi məsələsində Rusiyaya təzyiq edəcəklərini bəyan etmişdi.

ATƏT nümayəndələrinin təhlükəsizliyi üçün Donbassdakı təmas xəttində BMT sülhməramlılarının yerləşdirilməsini 2017-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin təklif edib. Rəsmi Kiyevdə isə təkid edirlər ki, sülhməramlılar Donbassın bütün ərazisi üzrə, o cümlədən Ukraynanın Rusiya ilə sərhəddində yerləşdirilməlidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   Donbass   sülhməramlı  





Xəbər lenti