Şimali Koreya ərəb dövlətlərindən cəsarətli çıxdı

Şimali Koreya ərəb dövlətlərindən cəsarətli çıxdı
  11 İyun 2018    Oxunub:1474
Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho "Tvitter" hesabında İran xalqını quraqlıqdan xilas edəcəyinə söz verən İsrailin baş naziri Benyamin Netanyahunu sərt tənqid edib.
AzVision.az xəbər verir ki, Yonq Ho Netanyahunun bu davranışını riyakarlıq və özünü isə günahkar adlandıraraq Qəzzada fələstinlilərin ağır şəraitinə diqqət çəkib.

“Hədsiz dərəcədə sionist olan Netanyahu İrana su təklifi edir. O, günahkardır, yalançıdır. Yəni bunu etməyəcək. Bu arada isə Qəzzaya su verməyi özünə dərd etmir. Su vermək əvəzinə öldürür (fələstinliləri – red.)” – deyə Şimali Koreyanın xarici işlər naziri bəyan edib.

Qeyd edək ki, Netanyahu milyonlarla iranlının quraqlıqdan xilas olmasına kömək edəcək innovativ su texnologiyasını farsca internet saytı yaradaraq orada təqdim etməklə, İran xalqını bu texnologiya ilə tanış etmək istədiyini bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ŞimaliKoreya   İran   İsrail  





Xəbər lenti