Yeni orfoqrafiya layihəsi müzakirəyə çıxarılır

Yeni orfoqrafiya layihəsi müzakirəyə çıxarılır
  11 İyun 2018    Oxunub:2322
Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının hazırlanması ilə bağlı aparılan işlər tamam yekunlaşıb və layihə bu həftə Orfoqrafiya Komissiyasının iclasına çıxarılacaq.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.
O bildirib ki, layihə komisiyyada baxıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək.

“Orfoqrafiya qaydalarının yeni layihəsində elə də böyük dəyişiklər təklif etməmişik. Orada 3 əsas dəyişiklik yer alıb: “iyyət” və “iyyat” şəkilçisi ilə bitən sözlərdə “y” hərfinin birinin yazılmaması, sözlərin sətirdən-sətirə keçirilməsi və işgəncə, əsgər, isgəndər sözlərində “g” hərfinin “k” ilə əvəzlənməsidir. Vüsət, cürət, kənan, zənan sözləri əvvəllər apostrofla yazıldığı üçün sətirdən-sətirə keçirilərkən sözün apostrofa qədər olan hissəsi saxlanılır, digər hissəsi yeni sətirə keçirilirdi.

Məsələn, cür-ət, vüs-ət. Hazırda dilimizdə apostrof olmadığı üçün sözlərin oxunulduğu kimi sətirdən-sətirə keçirilməsi təklif edilib, yəni, vü-sət, cü-rət. Bizim təkliflərimizlə yanaşı, yeni təkliflər də var. Bunlar əsasən qrammatika sözündə “m” hərfinin, stress, express sözlərində isə “s” hərfinin birinin yazılmaması ilə bağlıdır. Komissiyanın iclasında təkliflər qəbul edilsə, dəyişiklər olacaq”, - deyə İnstutut direktoru əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Orfoqrafiya   Lüfət   Layihə  





Xəbər lenti