Rus general: “ABŞ Suriyada kimyəvi təxribat hazırlayır”
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bəyan edib.
Rusiya Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb ki, dinc əhaliyə qarşı Əsəd rejiminin kimyəvi hücumunu imitasiya etmək üçün Azad Suriya Ordusu Həkl əl-Cəfra yaşayış məntəqəsinə xlor balonları da gətirib.
Xatırladaq ki, yeganə sübut kimi “Bəyaz Dəbilqəlilər”in Bəşər Əsədin kimyəvi silahdan istifadə etdiyi iddiasilə yaydıqları videolara əsaslanaraq, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri 2017-ci ilin aprelin 7-si və 2018-ci ilin 14 aprelində Suriyada Bəşər Əsəd qüvvələrinə hava zərbələrilə hücum ediblər. Lakin sonradan bir çox beynəlxalq ekspert mərkəzləri həmin videoların qurma olduqlarını aşkara çıxarıb.
Leyla Elbrusqızı
AzVision.az