Dönər əti mərkəzləşdirilmiş qaydada paylanılacaq

Dönər əti mərkəzləşdirilmiş qaydada paylanılacaq
  12 Oktyabr 2013    Oxunub:8086
Gəncədə Qafqazda analoqu olmayan ət kəsimi sexi tikilir.
AzVision.az xəbər verir ki, xarici mütəxəssislərin layihəsi əsasında inşa edilən mərkəzləşdirilən kəsim sexində gün ərzində 150 baş iri, 400 baş isə xırda buynuzlu heyvanın və 1500 ədəd ev quşunun kəsimi və ət istehsalını həyata keçirmək mümkün olacaq. Ərazidə ətin keyfiyyətini yoxlamaq üçün laboratoriyalar da fəaliyyət göstərəcək. Ümumilikdə isə kəsim sexi üçün 6 ha ərazi ayrılıb. Bundan əlavə sexin vasitəsi ilə Gəncədə dönər məhsulları da mərkəzləşdirilən qaydada paylanacaq. Hazırda kompleksə Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıqlar da gətirilib. (kəpəz tv)


Teqlər:  





Xəbər lenti