3225 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib

3225 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib
  11 İyun 2018    Oxunub:1790
May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3225-nə müvəqqəti yaşama, 237-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqəsi verilib, 35-nin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.
DMX-dan AzVision.az-a verilən məlumata görə, bundan başqa, ay ərzində 729 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.

Qeyd edək ki, DMX tərəfindən ay ərzində ümumilikdə 4226 şəxsə respublikada müvəqqəti və daimi yaşama, iş icazəsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar qəbul olunub.

AzVision.az



Teqlər: DMX   Miqrasiya   Əcnəbi  





Xəbər lenti