Abel Məhərrəmov yaponiyalı səfirlə görüşüb
Sonra səfirin iştirakı ilə 12-ci Bakı Yapon dili Natiqlik Müsabiqəsi başlayıb. Azərbaycan və Yaponiyanın dövlət himnləri səsləndikdən sonra Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə açılış nitqi söyləyib. Professor artıq ənənə halını almış müsabiqənin əhəmiyyətindən danışıb və səfirə təşəkkür edib. A.Kazımzadə bildirib ki, artıq universiteti yapon dili və ədəbiyyatı üzrə 70 nəfər bakalavr, 11 nəfər isə magistr pilləsində başa vurub. Hazırda 3 nəfər Yaponiyada magistr təhsili alır. Səfir Şusuke Vatanabenin çıxışından sonra müsabiqə qaydaları izah edilib. Müsabiqə 2 yarımhissədən ibarət olub. Hər bölmə çıxışlar və sual-cavab əsasında qurulub. Sonra münsiflər heyəti balları hesablayıb və yerlər müəyyən edilib. İlk 5 yerin sahibinə mükafatlar təqdim edilib.