Prezident dövlət büdcəsinin icrasını təsdiqlədi

Prezident dövlət büdcəsinin icrasını təsdiqlədi
  12 İyun 2018    Oxunub:1562
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb.
Azərbaycanın 2017-ci il dövlət büdcəsinin icrasının gəlirləri 16 516 684,0 min manat, xərclər 17 594 478,0 min manat məbləğində olmaqla təsdiqlənib.

Sənədə əsasən, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə ediləcək.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Qanun   Büdcə  





Xəbər lenti