Turizm müəssisələrinə nəzarət güclənir

Turizm müəssisələrinə nəzarət güclənir
  12 Oktyabr 2013    Oxunub:1188
Əbülfəs Qarayev: Azərbaycanda turizm müəssisələrinə nəzarət gücləndirilməlidir, monitorinqlər zamanı ciddi problemlərin ortaya çıxıb.
Azərbaycanda turizm müəssisələrinin öz işlərinə daha məsuliyyətli yanaşması tələb edilməli və nəzarət gücləndirilməlidir. Azvsison.az xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik etdiyi qurumda keçirilən kollegiya iclasında bildirib.

2013-cü ilin may-iyun aylarında respublikanın bir sıra şəhər və rayonlarında mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş monitorinqlərin nəticələrindən danışan nazir Əbülfəs Qarayev bununla bağlı Azərbaycan Turizm Assosiasiyasında geniş müzakirələr aparılacağını deyib. Nazir İqtisadi İnkişaf, Səhiyyə nazirlikləri və digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdikləri monitorinqlər zamanı ciddi problemlərin ortaya çıxdığını vurğulayıb.

İclasda Nazirliyin Turizm şöbəsi tərəfindən bölgələrdə fəaliyyət göstərən mehmanxanaların rəhbərləri üçün idarəetmə ilə bağlı seminarların təşkili, şöbənin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə paytaxtdakı mehmanxanalarda monitorinqlər keçirməsi məsələsi də müzakirə olunub.


Teqlər:





Xəbər lenti